28 Haziran 2016 Salı

Giriş

Giriş

Bəşəriyyət tarixinə eyni zamanda peyğəmbərlərin tarixi kimi də baxmaq olar. Allah Öz vəhyini insanlara tarixin hər dövründə elçiləri vasitəsilə çatdırmışdır. Elçilər insanlara Allahı anlatmış, onlara Rəbbimizin sözlərini çatdırmışlar.
Quranda əksər peyğəmbərlərin bu təbliğ mübarizəsi müfəssəl şəkildə izah edilir. Onların bu mübarizə zamanı sərgilədiyi davranış, qarşılaşdığı çətinliklər və tapdığı çözüm yolları, göstərdiyi gözəl davranışlar qeyd edilir. Allah Öz elçilərinin başına gələnləri insanlara nümunə olması üçün Quranda qeyd edir. Onların mübarizəsi və əxlaqı indi yaşayan insanlar üçün də nümunədir.
Prophet Moses
Quranda Peyğəmbərimiz Hz.Məhəmmədlə (s.ə.v.) birlikdə Hz.İsa, Hz.Süleyman, Hz.Yusif, Hz.İbrahim və daha bir çox peyğəmbərdən xəbər verilməklə onların yaşadığı və ibrət ala biləcəyimiz hadisələr göstərilir. Məsələn, Hz.Yusifin qardaşı ilə olan dialoqu, qardaşlarının onu quyuya atması, qul kimi satılması, sarayda qul ikən iftiraya məruz qalıb zindana atılması, oradan da xəzinələrə sahib olması anladılanda burada bizim də ibrət ala biləcəyimiz bir çox imani özəlliklər görünür, ayrıca insan və cəmiyyət psixologiyasına aid hikmətli bilgilər qeyd edilir. Ya da Allahın Quranda “sizin üçün onda gözəl bir nümunə var” deyə söz açdığı Hz.İbrahimin oda atılarkən təvəkkül etməsi və Allaha yönəlməsində, onun həssas və həlim xasiyyətli olmasının bildirilməsində bizim üçün həqiqətən çox gözəl nümunələr var.
Quranda özündən və həyatından ən çox bəhs edilən peyğəmbər isə Hz.Musadır. Hz.Musadan düz 34 surədə bəhs edilir. Quranın üç ayrı böyük surəsində (“Əraf”, “Taha” və “Qəsəs” surələri) Hz.Musanın həyatına dair çox müfəssəl məlumatlar verilir. Bütün bu surə və ayələrdə Hz.Musanın körpəliyindən başlayaraq Fironla olan mübarizəsi, xalqın pis davranışı və onlara etdiyi təbliğ çox səhih bir şəkildə qeyd edilir, çətin anlarda göstərdiyi cəsarət nümunə olaraq göstərilir.
Bu kitabda Hz.Musanın Quranda bəhs edilən həyatını incələyəcək, ayələrin işarələri ilə yaşadıqlarını görəcəyik. Diqqət edilməsi lazım gələn vacib məsələ Hz.Musanın həyatının keçmişdə yaşanmış hadisələr kimi yox, günümüzə, şəxsən öz həyatımıza işıq tutan ibrət və nümunələr kimi dəyərləndirmək məsələsidir.

Fironun Misir Hakimiyyəti və İsrail Oğullarının Vəziyyəti

Fironun Misir Hakimiyyəti  və İsrail Oğullarının Vəziyyəti

Qədim Misir mədəniyyəti eyni tarixdə Mesopotamiyada qurulmuş şəhər-dövlətlərlə birlikdə tarixin ən qədim sivilizasiyalarından biridir. Misir dövrünün ən mütəşəkkil sosial və siyasi sistemə sahib olan dövləti kimi tanınır. B.e.ə. 3000-ci illər civarında yazıdan istifadə, Nil çayından faydalanma, ölkənin ətrafının səhralarla əhatə olunması və təbii-coğrafi şəraiti sayəsində kənardan ola biləcək hücumlardan yaxşı qorunması misirlilərin sahib olduğu mədəniyyətin inkişafına xeyli təsir etmişdi.
Ancaq bu sivilizasiya Quranda inkar sisteminin ən açıq və aydın tərif edildiyi “Firon idarəçiliyinin” tətbiq edildiyi bir mədəniyyətdir. Bu cəmiyyətin insanları Allaha qarşı təkəbbür göstərərək haqq dini inkar etmişdilər. Malik olduqları qabaqcıl mədəniyyət, sosial və siyasi quruluşları, hərbi uğurları da onları məhv olmaqdan qurtara bilməmişdi.
Misir tarixinin ən vacib hadisələri isə İsrail oğullarının bu ölkədə olması ilə bağlı idi.
 Israel,Pharaoh in Egypt
The children of Israel were enslaved by Pharaoh in Egypt and subjected to hard labour.
İsrail Hz.Yaqubun başqa bir adıdır. Hz.Yaqubun oğulları “İsrail oğulları” kimi tanınan, sonradan “yəhudi” adlandırılan xalqı təşkil etmişlər. İsrail oğulları Misirə Hz.Yaqubun kiçik oğlu Hz.Yusifin dövründə gəlmişlər. Quranda Hz.Yusifin həyatı “Yusif” surəsində bütün təfsilatı ilə qeyd edilir. Hz.Yusif kiçik yaşlarından başlayaraq bir çox sıxıntılar çəkmiş, böhtanlara və iftiralara məruz qalmışdır. Daha sonra bir iftira nəticəsində düşdüyü zindandan xilas olaraq Misir xəzinələrinə sahib olmuşdu. Bunun ardından İsrail oğulları onun rəhbərliyi altında Misirə girməyə başlamışdı. Allah bu hadisə haqda Quranda belə xəbər verir:
“Yusifin hüzuruna daxil olduqda o, ata-anasını bağrına basıb: “İnşallah əmin olaraq Misirə daxil olun!” - dedi” (“Yusif” surəsi, 99).
Quranda bildirildiyinə görə, əvvəlcə sülh və əmin-amanlıq içində yaşayan İsrail oğulları zaman keçdikcə Misir cəmiyyətindəki mövqeyini itirməyə başlamış və sonda qul vəziyyətinə düşmüşdülər. Ayələrdən görünür ki, Hz.Musanın gəldiyi zamanda İsrail oğulları belə bir vəziyyətdə yaşayırdılar. Qurana görə, Hz.Musa “qul olan xalqın” bir üzvü kimi Fironun yanına getmişdi. Fironun və adamlarının Hz.Musa və Hz.Haruna verdiyi bu təkəbbürlü cavab bizi bu mövzuda məlumatlandırır:
“Dedilər: “Bunların tayfası bizə bir qul kimi itaət etdiyi halda, biz özümüz kimi iki adi insana imanmı gətirəcəyik?”“ (“Muminun” surəsi, 47).
 Israel into Egypt
An ancient Egyptian mural painting depicting the entry of the children of Israel into Egypt.
Ayələrdə bildirildiyinə görə, misirlilər İsrail oğulları üzərində əsl bir quldarlıq sistemi qurmuşdular. Öz işlərində İsrail oğullarından xidmətçi kimi istifadə edir, quldarlığın davam etməsi üçün onları zülm və işgəncə içində saxlayırdılar. Misir cəmiyyətində İsrail oğullarına edilən bu təzyiq o qədər güclənmişdi ki, onların şəxsiyyəti də şübhə altına alınırdı. Özlərinə təhlükə yaradacağını düşünərək əhalinin kişi hissəsinin artmasına mane olur, xidmət üçün istifadə edilən qadınları isə sağ buraxırdılar. Allah İsrail oğullarına xitab edən ayələrdə bu həqiqəti belə açıqlayır:
“Firon əhli sizə ən ağır işkəncələr verdikləri, oğlan uşaqlarınızı boğazlayıb, qadınlarınızı sağ buraxdıqları zaman Biz sizi onların əlindən xilas etdik. Bunlarda Rəbbiniz tərəfindən böyük bir imtahan var idi” (“Bəqərə” surəsi, 49).
“Yadınıza salın ki, sizi Firon əhlinin əlindən qurtardıq. Onlar sizə şiddətli əzab verir, oğullarınızı öldürür, qadınlarınızı isə diri saxlayırdılar. Bu sizin üçün Rəbbiniz tərəfindən böyük bir sınaq idi” (“Əraf” surəsi, 141).
Misirdə hakim olan bir din vardı. Bu, Fironun ata-babasından qalan qədim bütpərəst bir din idi. Bu batil dinə görə, xeyli tanrı var idi. Firon isə sözdə yer üzündə yaşayan bir tanrı idi. Məhz bu düşüncə ona xalqı qarşısında böyük bir güc verirdi. Firon və ətrafındakılar Musa peyğəmbəri atalarının dinindən faydalanmaqla sürdükləri həyat tərzinə bir təhlükə sayırdılar. Çünki atalarının dininə görə, böyüklük bütövlüklə Firona aid idi. Fironun bu böyüklük və hər şeyə sahib olmaq istəyi və Hz.Musa ilə Hz.Harunu özünə rəqib görməsi Fironun və ətrafındakıların Hz.Musaya və Hz.Haruna söylədiklərindən də anlaşılır:
“Onlar: “Bizi atalarımızın tapındığı dindən döndərmək, özünüz də yer üzündə böyüklük etmək üçünmü gəldiniz? Biz sizə iman gətirən deyilik!” - dedilər” (“Yunus” surəsi, 78).
Firon atalarının dininə görə, özünün tanrı olduğunu iddia edirdi. Hətta həddi aşaraq özünün ən uca Rəbb olduğunu irəli sürürdü:
“Həqiqətən, mən sizin ən uca Rəbbinizəm!” (“Naziat” surəsi, 24).
Firon və ətrafındakılar sahib olduqları batil dinə görə, özlərini ilahi şəxslər sayırdılar. Əsl dinin ortaya qoyduğu təvazö, sevgi, şəfqət kimi anlayışlardan tamamən uzaq olduqları üçün təkəbbür göstərib lovğalanırdılar. Bu təkəbbürün nəticəsi olaraq da qaba davranmaqda haqlı olduqlarını hesab edirdilər. Onların bu vəziyyətini Allah bu ayədə xəbər verir:
“Fironun və onun əyan-əşrafının yanına. Onlar təkəbbürlərinə sığışdırmayıb özlərini yuxarı tutan camaat olaraq qaldılar” (“Muminun” surəsi, 46).
Firon Misir xalqı üzərində o qədər böyük bir təsirə malik idi ki, hər kəs onun gücünə boyun əymişdi. Bütün Misir torpaqlarının və Nil çayının sahibinin yalnız Firon olduğunu zənn edirdilər:
slaves
An ancient Egyptian mural depicting the enslavement of the children of Israel in Egypt. In the foreground is Pharaoh and his inner circle, and in the background you can see the slaves with ropes around their necks.
“Firon öz qövmünə müraciət edib dedi: “Ey qövmüm! Məgər Misir səltənəti, altımdan axıb gedən bu çaylar mənim deyilmi?! Məgər görmürsünüzmü?!” (“Zuxruf” surəsi, 51).
Misir üçün Nil həyat deməkdir. Ondan alınan su ilə əkinlər suvarılır, heyvanlar ehtiyaclarını ödəyir, insanlar isə su içə bilirdilər. Beləliklə, Fironun və ətrafındakı aparıcı şəxslərin təsəvvürlərinə görə, bütün bu suyun və torpaqların tək sahibi Firon idi. Fironun bu gücünü hər kəs qəbul etmiş və ona tabe olmuşdu. Firon gücündən daha yaxşı istifadə etmək və insanları öz hakimiyyəti altına daha asan şəkildə almaq üçün onları öz aralarında hissələrə bölmüşdü. Beləcə özünə yaxın seçdikləri ilə zəiflətdiyi hissələri rahat idarə edirdi. Bir ayədə bu vəziyyətə belə diqqət yetirilir:
“Həqiqətən, Firon yer üzündə baş qaldırıb onun əhalisini zümrələrə bölmüşdü. Onların arasında olan bir tayfanı gücsüz görüb onların oğlan uşaqlarını öldürür, qızlarını isə sağ buraxırdı. O, həqiqətən, fitnə-fəsad törədənlərdən idi!” (“Qəsəs” surəsi, 4).
Hz.Musa anadan olmamışdan əvvəlki Misirə baxanda ölkənin bütünlükdə fitnə-fəsad və pozğunluqla dolu olduğunu görürük. İnsanlar sırf irqi fərqlərə görə qul edilir, işgəncəyə məruz qalır və oğlan uşaqları səbəbsiz yerə öldürülürdü. Digər tərəfdən, zülm və təkəbbür içində olan Firon özünü yer üzünün tanrısı sayırdı. Çox güclü bir sistemlə hər şeyə hakim olan Firon insanları özünə tabe etmişdi.
Beləliklə, belə bir şəraitdə Allah işgəncə və zülmə son qoyacaq, insanlara Rəbbimizin Özü olduğunu xatırladacaq, təkrarən haqq dini insanlara öyrədəcək və İsrail oğullarını əsarətdən qurtaracaq bir elçi kimi Hz.Musanı göndərdi.

Hz. Musa'nın Anadan Olması

Hz. Musa'nın Anadan Olması

Əvvəlki bölümdə də bəhs etdiyimiz kimi, Hz.Musa çox çətin bir şəraitdə dünyaya gəlmişdir. Dünyaya gələndə həyatı təhlükə qarşısında idi. Firon bütün yeni doğulan oğlan uşaqlarını öldürür, qız uşaqlarını isə kəniz edilməsi üçün sağ buraxırdı. Hz.Musa belə bir təhlükə içində qulların arasında öldürülmək təhdidi ilə yaşamağa başladı. Anası da Hz.Musa üçün qorxurdu. Onun bu qorxusu Allahdan aldığı ilhama qədər davam etdi:
“Biz Musanın anasına: “Onu əmizdir; elə ki ondan ötrü qorxdun, onu dəryaya at. Qorxma və kədərlənmə. Biz onu sənə qaytaracaq, özünü də peyğəmbərlərdən edəcəyik!” - deyə bildirdik” (“Qəsəs” surəsi, 7).
Allah Hz.Musanın anasına əgər qorxarsa, nə etmək lazım gəldiyini söyləmişdi. Əgər Fironun adamları Hz.Musanın anadan olduğunu öyrənsəydi, onu sandığın içinə qoyub suya buraxacaqdı. Hz.Musanın anası aldığı vəhyə uyğun hərəkət etdi. Çünki oğlunun həyatından qorxurdu. Hz.Musanı bir sandığa qoydu və axan Nilin sularına buraxdı. Çayın onu necə və hara aparacağını bilmirdi. Lakin Rəbbimizin ilhamı ilə sonda onun yenə özünə qaytarılacağını və peyğəmbər olacağını bilirdi. Hər şeyi Yaradan və onlara nizam verən Allah Hz.Musanı yaratmış, qədərinin (taleyinin) necə olacağını da ona bildirmişdi. Allah daha sonra doğumu ilə bağlı gerçəyi Hz.Musaya belə xatırladacaqdı:
“Anana vəhy edilməsi lazım olanı vəhy etdiyimiz zaman. “Musanı bir sandığa qoyub çaya at. Qoy çay onu sahilə çıxartsın və Mənə də, ona da düşmən olan birisi onu götürsün”...” (“Taha” surəsi, 38-39)
Burada üzərində dayanılmalı olan mühüm bir məsələ tale məsələsidir. Ayədə Allah Hz.Musanın anasına suya buraxılmasını söyləmiş və nəticədə onu Fironun götürəcəyini və özünə geri döndərib elçilərdən olacağını bildirmişdi. Yəni Hz.Musa doğulan zaman onun bir sandıq içində suya buraxılacağı, Fironun onu tapacağı, sonda isə Hz.Musanın bir peyğəmbər olacağı bəlli idi. Çünki Allah onun taleyini belə müəyyən etmişdi. Allah bunu Hz.Musanın anasına bildirdi.
Burada Hz.Musanın həyatındakı bütün təfərrüatların ən xırda cizgisinə qədər Allah dərgahında qədərdə təqdir edilməsinə və eynilə təqdir edildiyi kimi gerçəkləşdiyinə diqqət yetirmək gərəkdir. Allahın Hz.Musanın anasına bildirdiyi vəhyin gerçəkləşməsi saysız şərtin tam qədərdə müəyyən edildiyi kimi meydana gəlməsi ilə olmuşdur.
Hz.Musa Fironun adamlarından xilas olaraq suda boğulmadan Fironun sarayına qədər getməsi üçün:
1. Uşaq yaşdakı Hz.Musanın qoyulduğu sandığın içinə su dolmamalıdır. Bunun üçün sandıq ustasının sandığı suda üzə biləcək ölçülərdə düzəltməsi lazımdır. Digər tərəfdən, sandığın forması da üzmə sürəti baxımından əhəmiyyətlidir. Nə çox sürətli üzüb Fironun olduğu yeri ötüb keçəcək, nə də yavaş olub geri qalacaq şəkildə olmamalıdır. Tam olması lazım gələn sürətlə hərəkət edəcək şəkildə düzəldilməlidir. Bunların hamısı da sandığı düzəldən ustanın taleyində müəyyən edilmiş təfərrüatlardır. O da bu sandığı bütün lazımi tələblərə uyğun şəkildə hazırlamışdı.
2. Sandığı aparan axın nə çox sürətli, nə də yavaş olmalı, çayın suları lazımi sürətlə axmalıdır. Yəni Nilin əsasını təşkil edən yağışlar da tam bu cür Allahın yaratdığı qədər ölçüsündə və müəyyən bir hesabla olmuşdu.
3. Əsən küləklər də sandığa yenə lazım olduğu kimi təsir etməlidir. Yəni külək də bir tale əsasında əsir. Nə çox əsib sürətlənməli, nə tərs əsib yönünü dəyişdirməli, nə də yavaş əsib sürətini azaltmalıdır.
4. Nil boyunca başqa heç kəs sandığı tapmamalıdır. Yəni təhlükəli heç kimsə oradan keçməməli, oradan keçən heç kəs də ona rast gəlməməlidir. Dolayısı ilə Nilin ətrafında yaşayan hər kəs bir tale səbəbindən oradan keçməyəcək və ya sandığı görməyəcəkdi. Həmçinin bu şərt də Allahın müəyyən etdiyi qədərə görə gerçəkləşmişdir.
5. Hz.Musanın həyatı kimi Fironun və ailəsinin həyatı da bir taleyə uyğundur. Onlar da tam olmaları lazım olan saatda və olmaları lazım olan yerdə olmalı və Hz.Musanı tapmalıdırlar. Bəlkə Firon ailəsi Nilin kənarına daha tez gəlməyi planlaşdırmış ola bilirdi. Ancaq gecikmələrinə səbəb olan amil də talelərindəki işi dərk edərək lazım gələni təmin etmişdir.
Bunların hamısı Fironun Hz.Musanı tapmasını təmin edən səbəblərdən bir neçəsidir. Hamısı da Allahın Hz.Musanın anasına daha əvvəlcədən vəhy etdiyi sözə uyğun olaraq tam lazımi şəkildə gerçəkləşmişdir. Allahın Hz.Musanın anasına verdiyi söz və həyata keçən digər hadisələr də Allahın əzəldən müəyyən etdiyi taleyə görə baş vermişdir.
Hz.Musanın taleyində olan hadisələr yalnız bəhs etdiklərimizlə bitmir. Onun həyatının hər anı müəyyən bir tale cizgisi ilə hörülmüşdür. O, nə doğulduğu yeri, nə doğulduğu ili, nə öz tayfasını, nə də ana və atasını seçməmişdi. Bunların hamısını Allah müəyyən etmiş və yaratmışdır.
Daha incə və müfəssəl düşünsək, qədərin həyatın bir anına necə mütləq şəkildə hakim olduğunu daha yaxından hiss edə bilərik. Bu qissə də bunu daha çox xatırladaraq üzərində düşünülməsini təmin edir. Allah Hz.Musa qissəsindəki bütün bu təfərrüatlarla bütün insanların və bütün kainatın taleyini da əslində Özünün əvvəlcədən müəyyən etdiyini bizlərə xatırladır.
Hz.Musa Nildə taleyinə uyğun olaraq necə hərəkət edirdisə, Firon və ailəsi də onunla qarşılaşacaqları yerə talelərinə uyğun olaraq getmişdilər. Ayələrdə Firon ailəsinin eynilə Allahın daha öncə Hz.Musanın anasına vəhy etdiyi kimi davrandığı, yəni onu bilmədən himayə altına aldığı belə anladılır:
“Fironun adamları axırda özlərinə düşmən kəsiləcək və başlarına bəla olacaq Musanı götürüb gəldilər. Həqiqətən, Firon, Haman və onların əsgərləri günahkar idilər. Fironun qadını dedi: “Bu uşaq mənim də, sənin də göz bəbəyimiz olsun. Onu öldürməyin. Ola bilsin ki, bizə bir fayda verər, yaxud da onu oğulluğa götürərik!” Onlar bilmirdilər.” (“Qəsəs” surəsi, 8-9).
Beləliklə, Firon və ailəsi qədərlərinin hara getdiyini bilmədən, ancaq o qədərə tabe olaraq Hz.Musanı tapdılar və onu övlad olaraq yanlarına aldılar. Hətta Hz.Musanı özlərinə fayda gətirmək ümidi ilə yanlarında saxladılar.
Digər tərəfdən isə Hz.Musanın anası oğlunun vəziyyətindən bixəbər olduğu üçün qorxurdu. Allah onun bu vəziyyətə tab gətirməsi üçün ürəyini rahatlamışdı:
“Musanın anasının ürəyi bomboş olmuşdu. Əgər inananlardan olsun deyə, ürəyinə səbr əta etməsəydik, az qala onu (saraya gətirilmiş körpənin özününkü olduğunu) biruzə verəcəkdi. O, bacısına: “Onun dalınca get!” - dedi. O da hiss etdirmədən uzaqdan-uzağa gördü. Bundan qabaq Biz ona süd analarını qadağan etmişdik. Belə dedi: “Sizin ünün o uşağa süd verməyi təmin edəcək, həm də ona qarşı xeyirxah: olacaq bir ailəni sizə nişan verimmi?” Beləliklə, gözü aydın olsun, kədərlənməsin və Allahın vədinin haqq olduğunu bilsin deyə, anasına qaytardıq. Lakin onların əksəriyyəti bilməz!” (“Qəsəs” surəsi, 10-13).
Körpə yaşdakı Hz.Musa onun üçün gələn heç bir süd anasına yaxın durmamış, onların südünü içməmişdi. Çünki Allah ona sadəcə anasının südünü içəcək bir şəkildə tale yazmışdı. Bu hadisə də insanların bütün istəklərinin Allahın müəyyən etdiyi taleyə görə yaşandığının bir nümunəsidir. Hz.Musa axırda anasına ilhamla bildirildiyi kimi, təkrar öz ailəsinə geri döndərildi.
Allah Hz.Musa qissəsində çətin görünən hadisələri asanlıqla yaratdığını və şər kimi görünən hadisələri asanlıqla xeyirə çevirdiyini insanlara göstərir. Bir ananın körpəsinin zalım əsgərlər tərəfindən öldürülmə təhlükəsi ilə qarşılaşması, bundan sonra uşağı xilas etmək üçün onu tək-tənha çaya atması, körpənin ölkənin ən güclü ailəsi tərəfindən tapılıb övladlığa götürülməsi və sonra heç bir anadan süd əmməməsi, körpənin təkrar anasına geri dönməsi... Bu hadisələrin hər biri ayrı-ayrı möcüzələrdir. Bizə Allahın müəyyən etdiyi qədərdəki qüsursuzluğu göstərir. Qədərin hər təfərrüatı möminlər üçün xeyirlə inkişaf edir. Bu nümunədə gördüyümüz kimi, Allah xeyiri gözlənilməyən səbəblərlə həyata keçirir.

Hz. Musanın Misirdən Qaçışı

Hz. Musanın Misirdən Qaçışı

map of ancient egypt
Map of ancient Egypt.
Allah Quranda Hz.Musa ilə bağlı belə bir hadisəni xəbər verir:
“(Musa) şəhərə əhalisi xəbərsizkən girdi. Orada iki nəfərin vuruşduğunu gördü. Onlardan biri öz adamlarından, digəri isə düşmənlərindən idi. (Musanın) adamlarından olan kəs düşməninə qarşı ondan imdad istədi. Musa onu vurub öldürdü və dedi: “Bu, Şeytan əməlindəndir. Həqiqətən, o, azdıran, açıq-aşkar bir düşməndir!”“ (“Qəsəs” surəsi, 15).
Bu hadisədə Hz.Musa öz tərəfdarlarından birinin qovğasına şahid olur. Kimin haqlı, kimin haqsız olduğuna fikir vermədən öz tərəfdarlarının yanında durur. Digər tərəfdəki insana yumruq vuraraq onu istəmədən öldürür. Hz.Musa böyük səhv etdiyini başa düşür. Bu hadisədə Allah bizə bir dərs verir və bir insanı haqsız olmasına baxmayaraq yalnız öz tərəfdarı olduğu üçün dəstəkləməyin yanlışlığını öyrədir. Hz.Musa öz tərəfdarlarından olanı üstün tutmağını “şeytan işi” adlandırır.
Burada tənqid edilən üslub həqiqətən də tarix boyunca bəşəriyyətə kin və müharibə gətirmişdir və gətirməkdə davam edir. İnsanların haqqa və ədalətə görə deyil, hansı şəkildə olursa olsun öz ailəsini, əşirətini, xalqını, tərəfdarlarını və ya irqini haqlı çıxarmağa yönəlmiş səyləri tarixdəki zülm və çatışmazlıqların ən böyük səbəbidir.
Hz.Musa şeytanın insana verməyə çalışdığı bu pis hissin bir zülm olduğunu vicdanı ilə dərhal anlamış, şeytanın hiyləsi ilə etdiyi bu səhvə görə tövbə edib Allaha sığınmışdı. Qissənin davamında Hz.Musanın bu nümunəvi və vicdanlı davranışı haqda belə bəhs edilir:
“Dedi: “Ey Rəbbim! Şübhəsiz ki, mən özüm-özümə zülm etdim. Buna görə məni bağışla!” (Allah Musanı) bağışladı. Həqiqətən, O, bağışlayandır, rəhm edəndir! (Musa) dedi: “Ey Rəbbim! Mənə bəxş etdiyin nemət haqqı mən əsla günahkarlara arxa olmayacağam!”“ (“Qəsəs” surəsi, 16-17).
Hz.Musa işlətdiyi xətanı, bir insanı sadəcə öz tərəfdarlarından olduğu üçün qoruduğunu, ancaq əslində ədalətli hərəkət etmədiyini başa düşmüşdü. Lakin tərəfkeşlik Misirdə də hakim idi. Hz.Musa onlardan birini bilmədən öldürmüşdü. İndi onlar öz irqlərini dəstəkləmək üçün Hz.Musanın öldürülməsini istəyə bilərdilər. Bu ehtimal onu qorxutmuşdu:
“Beləliklə, qorxaraq səhəri şəhərdə nigaranlıq içində qarşıladı. Dünən ondan imdad diləyən kəs fəryad çəkib yenə onu köməyə çağırır. Musa ona dedi: “Sən, doğrudan da, açıq-aşkar bir azğınsan!”“ (“Qəsəs” surəsi, 18).
Beləliklə, Hz.Musa ilə Fironun xalqı arasında ikitirəlik başladı. Hz.Musa özünə Firon və ətrafı tərəfindən bir zərər gələcəyi qorxusu ilə gecəni keçirdi. Gündüz isə yuxarıdakı ayələrdə bildirilən hadisələr gerçəkləşdi. Bir gün əvvəl kömək etdiyi insan yenə başqa biri ilə bağlı Hz.Musadan kömək istədi. Çünki ayənin ifadəsi ilə desək, Hz.Musa onun tərəfdarlarından idi və eyni bir gün əvvəl etdiyi kimi o gün də ona yardım edəcəyini fikirləşirdi. Lakin Hz.Musa eyni səhvi bir daha təkrarlamadı. Öz tərəfdarlarından olan adamın səhv olduğunu bildiyi üçün ona kömək etmədi. Əsl günahkar olan bu insan isə tez Hz.Musanın əleyhinə çıxıb onu tənqid etdi. Onu tənqid edərkən bir gün əvvəl ona kömək göstərərək səhvən adam öldürməsi faktından da Hz.Musa əleyhinə bir dəlil kimi istifadə etdi:
“Onların hər ikisinin düşməni yaxalamaq istədikdə dedi: “Ya Musa! Sən dünən birini vurub öldürdüyün kimi, məni də öldürmək istəyirsən? Sən yer üzündə ancaq bir zalim olmaq istəyirsən! Sən xeyirxahlıq edənlərdən olmaq istəmirsən!”“ (“Qəsəs” surəsi, 19).
Hz.Musa bir misirlini səhvən öldürmüş bir insanın vəziyyətində idi. Firon və öndə gedənlər Hz.Musanın cəzalandırılmasını və hətta öldürülməsini müzakirə etməyə başladılar. Bu söhbəti eşidən bir insan Hz.Musanın yanına gələrək onu bu haqda xəbərdar etdi. Öldürülməkdən qorxan Hz.Musa şəhərdən ayrılıb Misirdən uzaqlaşdı:
“Şəhərin kənarından bir nəfər çaparaq gəlib dedi: “Ya Musa! Əyan-əşraf səni öldürmək barəsində məsləhət-məşvərət edirlər. Elə bu saat çıx get. Mən, həqiqətən, sənin xeyirxahlarındanam!” (Musa) qorxu içində göz qoya-qoya oradan çıxıb: “Ey Rəbbim! Məni bu zalim tayfanın əlindən qurtar!” - dedi” (“Qəsəs” surəsi, 20-21).
Hz.Musanın həyatı ilə bağlı bu həqiqətlər bizə onun xasiyyəti haqda da xəbər verir. Ayələrdə Hz.Musanın şəxsiyyəti haqda məlumatlar verilir və onun həyəcan doğuran bir duruma sahib olduğu aydın olur. Dalaşan iki nəfərdən dərhal tərəfdarının tərəfini saxlamış, digərini isə yumruqla öldürmüş, öldürülməkdən qorxaraq Misirdən çıxmışdı. Bunları edərkən Hz.Musanın həmişə həyəcanlı olduğu aydın olur. Lakin daha sonra Hz.Musa Allahın onunla danışması və onu nəsihətləndirməsi ilə Allahdan başqa heç kəsdən qorxmamağı və əsl mənada Allaha təvəkkül etməyi öyrənmişdi. Bu, Allahın bir insanın xarakterini inkişaf etdirməsinin və onu yetkinləşdirməsinin gözəl bir nümunəsidir.

Mədyənə Gedişi və Orada Qalması

Mədyənə Gedişi və Orada Qalması

Hz.Musa onu yetişdirən Fironu və xalqını tərk etdikdən sonra başqa bir yerə - Mədyənə doğru yönəlmişdi (Mədyən Misirin şərqində, Sina səhrasının arxasında yerləşən bir bölgədir. Müasir dövrdə coğrafi məkan olaraq Iordaniyanın cənub tərəflərinə uyğun gəlir).
Mədyən sularında heyvanlarını suvara bilməyən iki qadın gördü. Qadınlar çobanlardan çəkinir, bu səbəblə də onların yanına gedib sürülərini suvara bilmirdilər. Lakin ayələrdə də bəhs edildiyi kimi, Hz.Musanın çox güvənilən və etimad doğuran bir görünüşü var idi. Buna görə də qadınlar onunla danışmaqdan çəkinmədilər. Qadınlar Hz.Musaya atalarının yaşlı olduğu üçün heyvanları özlərinin suvarmaq məcburiyyətində qaldıqlarını, ancaq orada çobanlar olduğu üçün sürülərini suvara bilməyəcəklərini söylədilər. Bundan sonra Hz.Musa qadınlara kömək edərək heyvanlarını suvardı:
“Mədyən kənarındakı bir quyuya çatanda onun başında bir dəstə adam və onlardan başqa (qoyunlarını özgə heyvanlara qarışmasın deyə) geri çəkən iki qadın görüb dedi: “Sizə nə olub?” Onlar: “Çobanlar sulayıb getməmiş biz su vermirik. Atamız da ixtiyar bir qocadır”, - deyə cavab verdilər” (“Qəsəs” surəsi, 23-24).
Burada Hz.Musanın nəzakətli, incə düşüncəli və yardımsevər xarakterinin bir nümunəsini görürük. Diqqət yetirilsə, bu hadisədə Hz.Musa heç tanımadığı iki insanın yanına gedərək onlarla söhbət etmiş, onlara yardım göstərmiş və onların hörmətini qazanmışdı. Digər tərəfdən, ayədə “çobanlar” kimi qeyd edilən insanların Hz.Musanın tam əksinə hərəkət etdiyi aydın olur. Qadınlar Hz.Musa ilə dialoq qura bilsə də onlara, yəni çoban kimi tanıdığımız insanlara hətta yaxınlaşmamışdılar. Bəhs edilən insanlar xarici görünüş etibarilə güvənilməyən insanlar ola bilərlər (Ən doğrusunu Allah bilir).
Deməli, bir müsəlmana yaraşan tərz ayədə “çobanlar” kimi tərif edilən bu insanlara bənzər tərzdən qətiyyətlə çəkinmək, o biri tərəfdənsə Hz.Musadan nümunə götürərək nəzakətli, dərin təfəkkürlü, başqa insanların halını anlayan, görənin dərhal güvəndiyi bir görüntü, üslub və davranış göstərməkdir.
Bu arada Hz.Musanın Allaha tam təslim olmuş ruh halı içində olduğuna da diqqət yetirmək gərəkdir. Hz.Musa doğulub böyüdüyü ölkəni tərk etmək məcburiyyətində idi. İndi isə başına nə gələcəyi hələ məlum deyildi. Bundan sonra həyatı qətiyyən əvvəlki kimi olmayacaqdı. Ancaq Allahın qədərində necə bir həyat hazırladığını hələ o da bilmirdi. Rəbbimizə belə dua etdi:
“...Sonra da kölgəyə çəkilib dedi: “Ey Rəbbim! Mən Sənin mənə nazil edəcəyin xeyrə möhtacam!”“ (“Qəsəs” surəsi, 24).
İnsanın duasındakı səmimiyyət Allahın hər şeyə qadir olduğunu, xeyir və şərin ancaq Ondan gəldiyini və Ondan başqa heç bir dostunun və vəlisinin olmadığını qavraması və hiss etməsi ilə bağlıdır. Budur, Hz.Musanın yuxarıdakı ayədə bildirilən duası bu sirri tamamən anlamış və Allaha tam təslim olaraq edilən bir duadır. Allah onun bu səmimi duasına cavab vermiş və Hz.Musaya rəhmi gəlmişdi.
Hz.Musanın yeni tanış olduğu iki qadına qarşı göstərdiyi nəzakət onun üçün yeni bir həyata vəsilə olmuşdur. Hz.Musa istirahət edərkən daha əvvəl kömək etdiyi qadınlardan biri gəlib etdiyi yardımın əvəzində mükafatlandırmaq üçün atasının onu dəvət etdiyini söyləmişdi:
“Sonra biri utana-utana yanına gəlib dedi; “Atam qoyunlarımızı sulamağının haqqını verməkdən ötrü səni çağırır!”. (Musa qocanın) yanına gəldikdə başına gələnləri ona söylədi. O kişi dedi: “Qorxma, artıq zalim tayfanın əlindən qurtarmısan!”“ (“Qəsəs” surəsi, 25).
Hz.Musa Rəbbimizə Ondan gələn hər xeyirə möhtac olduğunu bildirərək dua etmişdi. Allah Hz.Musanın duasına lüzum görərək öldürülmə təhlükəsinin ardınca özünü təhlükəsizlikdə hiss edəcəyi və ona yardımçı olacaq insanları göstərdi. Hz.Musanın güclü və insanların güvəndiyi bir davranışı var idi. Əslində qadınlar da çobanlardan çəkinmələrinə baxmayaraq Hz.Musadan çəkinməmiş, ona güvənib və onunla söhbət etmişdilər. Hətta qadınlardan biri Hz.Musanın güclü və etibarlı olmasından danışaraq onun məvaciblə işə götürməsini atasından xahiş etmişdi:
“Biri dedi: “Atacan! Onu muzdla tut, çünki bu güclü, etibarlı adam (indiyə qədər) muzdla tutduqlarının ən yaxşısıdır!”“ (“Qəsəs” surəsi, 26).
Qadın bu ifadəsi ilə Hz.Musanın necə etibarlı bir insan kimi tanıdığını açıqca atasına söyləmişdi. Bundan sonra yaşlı adam Hz.Musanın etibarlı bir insan olduğu qənaətinə gəldi, onu qızı ilə evləndirməyə qərar verdi. Hz.Musanın etibarlı görünüşü bu qərara səbəb oldu və yaşlı adam ona belə bir təklif etdi:
“(Ataları) dedi: “Səkkiz il mənə xidmət etmək şərti ilə qızlarımın birini sənə ərə verərəm. Əgər sən tamamlayıb on ilə çatdırsan, bu, artıq sənin tərəfindən olan bir lütfdür. Mən sənə əziyyət vermək istəmirəm. İnşallah, mənim saleh kəslərdən olduğumu görəcəksən!” (Musa) dedi: “Bu mənimlə sənin aranda olan bir təəhhüddür. Bu iki müddətdən hansını yerinə yetirməkdən mənə qarşı heç bir zor ola bilməz. Allah da dediyimizə şahiddir!”“ (“Qəsəs” surəsi, 27-28).
Hz.Musa Qurandan saleh bir müsəlman olduğunu anladığımız yaşlı adamın təklifini qəbul etdi və həyatının bundan sonrakı hissəsini Mədyən şəhərində keçirməyə başladı. Allah onu əvvəlcə öldürülmə təhlükəsində olarkən Nilin suları ilə daşımış, orada boğulma təhlükəsində olarkən Fironun sarayına götürmüşdü. Misirdə təkrar öldürülmə təhlükəsində ikən yenə qurtarıb Mədyən şəhərində təhlükəsizliyə qovuşdurmuşdu.

Tuva Vadisinə Gəlməsi və İlk Vəhy

Tuva Vadisinə Gəlməsi və İlk Vəhy

Hz.Musa yaşlı adamla bağladığı müqaviləyə tabe oldu. Uzun müddət Mədyən şəhərində qaldı. Danışdıqları vaxt bitdikdə Hz.Musanın müqaviləsi də bitmiş oldu. Həmin müddət başa çatandan sonra Hz.Musa ailəsi ilə birlikdə Mədyən şəhərindən ayrıldı. Ailəsi ilə yolla gedərkən yaxınından keçdiyi Tur dağının ətrafında bir alov gördü. Hz.Musa bu odu gedib gətirə biləcəyini, onunla isinə biləcəklərini, ya da orada olan adamlardan bir xəbər ala biləcəyini düşündü:
“Musa müddətini başa vurub ailəsi ilə birlikdə yola çıxdığı zaman Tur dağı tərəfdə bir od gördü. O, ailəsinə dedi: “Siz durun. Mən bir od gördüm. Bəlkə, gedib ondan sizə bir xəbər, yaxud bir köz gətirim ki, qızınasınız!”“ (“Qəsəs” surəsi, 29).
“Bir zaman Musa ailəsinə demişdi: “Mən bir od gördüm, mən də gedib ondan sizə bir xəbər, yaxud bir köz gətirim ki, qızınasınız”“ (“Nəml” surəsi, 7).
“O zaman (Musa qarşıda) bir od görüb ailəsinə belə demişdi: “Siz durun. Mənim gözümə bir od sataşdı. Bəlkə, ondan sizə bir köz gətirdim, yaxud odun yanında bir bələdçi tapdım!”“ (“Taha” surəsi, 10).
Bu hadisə bizə Hz.Musanın bir başqa nümunəvi hərəkət tərzini göstərir. Hz.Musa ətrafındakı hadisələri diqqətlə izləyən, qarşılaşdığı hadisələrdən nəticə çıxara bilən bir insandır. Buna səbəb isə Allahın hadisələri məlum bir taleyə və hikmətə görə yaratdığını bilməsidir. O, buna görə hadisə və nəsnələrə istifadə etmək məntiqi ilə yanaşmışdır. Dağda bir alov görüb bu gördüyü hadisəni dəyərləndirməsi və alovun yanına getməsi diqqətli bir möminin davranışının nümunəsidir. Hz.Musanın alovun yanına gedərkən ailəsinin təhlükəsizliyini düşünərək onları özü ilə aparmaması və təkbaşına getməsi də yenə Allahın ona verdiyi ağlın bir nümunəsidir.

Allahın Hz. Musa İlə Danışması


Allahın Hz. Musa İlə Danışması

Hz.Musa Tur dağındakı alovun yanına getdikdə çox böyük bir həqiqətlə üz-üzə gəldi. Allah Hz.Musaya bir kolluqdan səsləndi və ona vəhy etdi. Allah bu ilk vəhyi Quranda belə xəbər verir:
“(Musa) odun yanına gəlib çatdıqda vadinin sağ tərəfində olan mübarək yerdəki ağacdan belə bir nida gəldi: “Ya Musa! Aləmlərin Rəbbi olan Allah Mənəm!” (“Qəsəs” surəsi, 30).
“Odun yanına yetişdikdə belə bir nida gəldi: “Ya Musa! Mən, həqiqətən, sənin Rəbbinəm. Ayaqqabılarını çıxart, çünki sən müqəddəs vadidə - Tuvadasan! Mən səni seçdim. Vəhy olunanı dinlə! Mən, həqiqətən, Allaham. Məndən başqa heç bir tanrı yoxdur. Mənə ibadət et və Məni anmaq üçün namaz qıl!” (“Taha” surəsi, 11-14).
Bu, Hz.Musanın aldığı ilk vəhydir və artıq o, Allahın elçisidir. Allah onu elçi seçdiyini bildirmişdi. Allah ona bir ağacdan səslənərək insanın dünyada nail ola biləcəyi ən şərəfli məqamla şərəfləndirmişdi.
Tur dağında həyata keçən bu hadisədə diqqət edilməli vacib bir məqam var: Allahın Hz.Musa ilə danışması... Allah bir ağacdan Hz.Musaya səslənmişdi. Allah Hz.Musaya onunla danışa biləcək qədər yaxındır. Əslində Allah hər kəsə onunla danışacaq qədər yaxındır. Məsələn, siz bu yazılanları oxuyarkən də Allah sizə ən yaxındır. Sizinlə danışacaq, sizin səsinizi eşidəcək və sizə də Öz səsini eşitdirəcək qədər yaxındır. Allah bizə bizim hər danışığımızı eşidəcək qədər yaxındır. Hətta biz pıçıldasaq belə O, bizi eşidir. Bu həqiqəti Allah Quranda “...Biz ona şah damarından da yaxınıq” (“Qaf” surəsi, 16) ayəsi ilə xəbər verir. Allah Hz.Musaya Özünü tanıdıb onun Rəbbi olduğunu söylədikdən sonra ondan əsasını xəbər aldı:
“Ya Musa! Sağ əlindəki nədir? (Musa) dedi: “O mənim əsamdır. Ona söykənir, onunla qoyunlarıma xəzəl silkələyirəm. O, başqa işlərdə də karıma gəlir!”” (“Taha” surəsi, 17-18).
Şübhəsiz ki, Hz.Musanın əlindəkinin əsa olduğunu Allah bilir. Lakin Hz.Musanı maarifləndirmək və ona Öz gücünü göstərmək üçün əsasını atmasını istəmişdi:
“Əsanı at! (Musa əsanı yerə atdı). O, əsanın ilan kimi qıvrıldığını gördükdə dönüb qaçdı, heç dala da baxmadı...” (“Qəsəs” surəsi, 31).
“Əsanı at! (Musa əsasını yerə atdı). O, əsanın ilan kimi qıvrıldığını gördükdə dönüb qaçdı, heç dala da baxmadı...” (“Nəml” surəsi, 10).
Hz.Musa həmişə işlətdiyi əsasının bir ilana döndüyünü görəndə ayələrdə də bildirildiyi kimi, qorxmuşdu. Ancaq Allah bu hadisə ilə birlikdə Hz.Musanı maarifləndirmiş, ona təslimiyyət və Özündən başqa bir şeydən qorxmamağı öyrətmişdi:
“...Ya Musa, qorxma! Peyğəmbərlər Mənim hüzurumda qorxmazlar” (“Nəml” surəsi, 10).
“(Allah) buyurdu: “Tut onu, qorxma. Biz onu qaytarıb əvvəlki şəklinə salacağıq!” (“Taha” surəsi, 21).
Hz.Musa ayədə bildirilən əmrə uyğun olaraq əsasını geri almışdı. Həmçinin bu əsa az sonra Firona qarşı işlədəcəyi bir möcüzə olacaqdı. Allah bunun ardınca Hz.Musaya ikinci bir möcüzəni də vermişdi:
“Əlini qoynuna qoy ki, əlin eybsiz-qüsursuz, ağappaq çıxsın...” (“Qəsəs” surəsi, 32).
Hz.Musanın ikinci möcüzəsi isə ayədə xəbər verildiyi kimi, əlinin ağappaq olmasıdır. Musa peyğəmbər bir-birinin ardınca gələn bu hadisələrə görə həyəcana və ayənin ifadəsi ilə desək, dəhşətə qapılmışdı. Ancaq Allah ona özünü ələ almağı və bu möcüzələrlə Fironun yanına getməsini əmr etmişdi:
“...Əlini özünə tərəf çək ki, vahimə çəkilib getsin. Bu, Firona və onun əyanlarına qarşı sənin Rəbbindən olan iki möcüzədir. Onlar, həqiqətən, fasiq bir tayfadırlar!”“ (“Qəsəs” surəsi, 32).